Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üzrə bəyannamə imzalandı

  • By admin
  • 05 Sentyabr 2016 16:08

pekin-london

Azərbaycan, Türkiyə və Türkmənistan Pekindən Londonadək nəqliyyat dəhlizinin yaradılması üçün Aşqabad bəyannaməsini imzalayıb.

Gununsesi.info “TRT Haber” telekanalına istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Əhməd Arslan deyib. Sənədi Türkiyə tərəfindən Ə.Arslan, Azərbaycan tərəfindən nəqliyyat nazirinin müavini Arif Əsgərov, Türkmənistan tərəfindən isə avtomobil nəqliyyatı naziri Məqsəd Aydoğduyev imzalayıb.

Gununsesi.info