Pentaqon kosmosda hücumlara qarşı hazırlaşır

  • By admin
  • 14 Dekabr 2021 12:05

Gununsesi.info “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bununla bağlı fəaliyyətlərə ABŞ-ın raket izləmə peyklərinin vurulma ehtimalı, peyklərin işində tıxanmaların yaranması və kosmik müharibə zamanı digər elektron mübarizə effektləri daxildir.

Qeyd edək ki, sonuncu dəfə Amerikanın müdafiə nazirinin müavini Ketlin Hiks Kolorado ştatındakı Şriver Kosmik Qüvvələr Bazasında keçirilən virtual kosmik təlimi izləyib. Təlim Böyük Britaniya, Kanada və Avstraliya kimi ölkələrlə birgə keçirilib.

Gununsesi.info