Pentaqon Peskovun “nüvə bəyanatı”na CAVAB VERDİ

  • By admin
  • 23 Mart 2022 10:06

Pentaqon Moskvanın nüvə silahından istifadə ilə bağlı ritorikasını təhlükəli adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Європейська правда” məlumat yayıb.

Pentaqonun sözçüsü Con Kirbi deyib: “Məsuliyyətli nüvə dövləti belə hərəkət etməməlidir”.

Kirbi vurğulayıb ki, Pentaqon rəsmiləri bizi strateji çəkindirmə mövqeyimizi dəyişməmiz lazım olduğu qənaətinə gətirəcək heç bir şey görmürlər:

“Biz bacardığımız qədər hər şeyə nəzarət edirik”.

Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin sözçüsü etiraf edib ki, Rusiya Ukraynada hələlik heç bir hərbi məqsədə nail olmayıb və Moskvanın nüvə silahından istifadə edə biləcəyini inkar etməyib.

Putinin Rusiyanın nüvə potensialından hansı şərtlərdə istifadə edəcəyi sualına Peskov belə cavab verib: “Əgər bu, ölkəmiz üçün ekzistensial təhlükədirsə, ola bilər”.

Gununsesi.info