“Real”ın futbolçusu Pepe zədəsini sağaldıb.
Qol.az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, portuqaliyalı müdafiəçi komanda ilə ümumi məşqlərə başlayıb.
Onun Çempionlar Liqasının qrup mərhələsində “Borussiya”ya (Dortmund) qarşı oynayacağı gözlənilir.
Qeyd edək ki, “Borussiya” – “Real” görüşü sabah keçiriləcək.
Xatırladaq ki, Pepe zədə səbəbindən La Liqada 2 oyun buraxıb.
Gununsesi.info