
AKP-lilər və Baxçalı tərəfdarlarından sonra daha bir siyasətçi CXP-nin 9 gün öncədən başlatdığı və hələ də davam etdirdiyi “Ədalət!” yürüşünə qarşı çıxıb, Kamal Kılıcdaroğlu ilə CXP-lilərin ünvanına sərt ifadələr səsləndirib.
Gununsesi.info-nun xəbərinə görə, CXP-liləri hədəf alan növbəti siyasətçi Vətən Partiyasının lideri Doğu Perinçekdir.
O, CXP-ni “FETÖ”, PKK və HDP-çilərlə əlbir olmaqda, onlarla birgə yürüməkdə ittihamlayıb.
“Kılıcdaroğlunun yanında kimlərin yürüdüyünə baxsaq, bu aksiyanın CXP ilə HDP ortaq aksiyası olduğunu görərik.
Zatən HDP-ni də TBMM-ə CXP gətirdi.
Nə qədər də xalqın səsi ilə Məclisə gəlmiş olsalar da, xalq yanılmaz deyə də bir şey yoxdur…”-deyə, Perinçek qeyd edib.
KAMİL
Gununsesi.info












