Perunun yeni prezidenti məlum oldu - SƏSVERMƏ BAŞA ÇATDI (VİDEO)

  • By admin
  • 10 İyun 2016 10:19

Pedro Pablo Kucinski

Peruda keçirilən prezident seçkilərinin nəticələri bəlli olub. Yarışın 2-ci turunda 77 yaşlı keçmiş baş nazir, avropalı immiqrant ailəsinin oğlu Pedro Pablo Kuçinski qələbə qazanıb.

 

Gununsesi.info-nun “Euronews”-a stinadən verdiyi məlumata görə, səsəsvermədən sonra səslərin hesablanması başa çatıb və P. P. Kuçinski səslərin 50,12 faizini qazanıb. Onun rəqibi, həbsdəki sabiq prezident Alberto Fuximorinin qızı Keyko Fuximori isə 49,88 faiz səs toplayıb.

 

Əvvəlkin prezident Olyanta Umala yeni prezidenti təbrik edib.