Peskov Dneprə zərbə endirdiklərini boynuna almadı

  • By admin
  • 16 Yanvar 2023 14:03

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynanın Dnepr şəhərində yaşayış binasını vurmasından danışıb.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Peskov faktı təkzib edib.

“Rusiya hərbçiləri yaşayış binalarına və Ukraynanın sosial infrastrukturuna zərbə endirmir”, – deyə sözçü bildirib.

Qeyd edək ki, son məlumata əsasən, sözügedən hücum nəticəsində 36 dinc sakin həyatını itirib, 70-dən çox yaralı var.

Gununsesi.info