Peskovdan Britaniyaya CAVAB

  • By admin
  • 31 Yanvar 2022 14:38

Britaniya Xarici İşlər Nazirliyinin rusiyalı sahibkarların əmlakının mümkün müsadirəsi ilə bağlı bəyanatı Londonun qarışıqlıq yaratmaq istəyinin sübutudur.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bu, Londonun mövqeyinin kifayət qədər qarışıq olduğunu nümayiş etdirir. Yəqin ki, bu, ümumilikdə beynəlxalq maliyyə strukturları və biznes strukturları üçün ciddi narahatlığa səbəb olur. Böyük Britaniyanın xarici işlər naziri bəzi sanksiyalardan danışdı, amma sanksiyalar qanuni və BMT Təhlükəsizlik Şurasının qərarı ilə rəsmiləşdirilmiş bir şeydir ”, – Peskov jurnalistlərə bildirib.

Bazar günü Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bildirib ki, London ətrafında vəziyyət gərginləşəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyalar rejiminin sərtləşdirilməsi çərçivəsində Londondakı “rus oliqarxların” əmlakının müsadirə oluna biləcəyi ehtimalını istisna deyil.

Gununsesi.info