“Petkim”də növbəti FETÖ əməliyyatı

  • Müəllif: admin
  • 28 Sentyabr 2016 11:15

petjim

Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdi nəticəsində aparılan istintaq işi davam edir.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu gün İzmirdə Fətullahçı hərəkatı/Paralel Dövlət Yapılanması (FETÖ/PYD) ilə bağlı aparılan istintaq çərçivəsində “Petkim (PetroKimya) Holdinq A.Ş.-nin Əliağa rayonunda bəzi obyektlərə əməliyyat təşkil edilib. Əməliyyat zamanı 12 nəfər saxlanılıb. Onlardan 4-ü həbs olunub.

Hazırda saxlanılan və həbs olunan şəxslər barədə məlumat verilmir.

Qeyd edək ki, iyulun 28-də “Petkim” neft-kimya kompleksinin baş direktoru Sadəddin Qorqud saxlanılıb. SOCAR-ın Yunanıstandakı törəməsinin (SOCAR Greece) rəhbəri Anar Məmmədov holdinqin baş direktoru vəzifəsinə gətirilib.

Anar
Gununsesi.info