Peyvənd olunanların sayı açıqlanıb

  • By admin
  • 04 Fevral 2022 16:40

Azərbaycanda bu gün 35 400 nəfər vaksinasiya olunub.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 989, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 811 nəfər təşkil edib.

Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 30 600-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 149 831, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 242 827, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 748 738 nəfər təşkil edir.

Ümumilikdə isə 2 158 266 buster doza vurulub.

 

 

 

Gununsesi.info