Pirlo yenidən “Yuventus”a qayıdır

  • By admin
  • 30 İyun 2020 22:30

İtaliya milli komandasının sabiq futbolçusu Andrea Pirlo “Yuventus”a qayıdır.

Gununsesi.org xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Xəbərdə, Pirlonun “Yuventus”un gənclərdən ibarət komandasında baş məşqçi Roberto Baronionun köməkçisi olacağı bildirilib.

Qeyd edək ki, Pirlo 2011-2015-ci illərdə “Yuventus”un formasını geyinib. Keçmiş yarımmüdafiəçi 2018-ci ildə “Milan”da karyerasını bitirib.

 

Gununsesi.org