Pivə içərkən görüntülənən iranlı aparıcı ölkəni ayağa qaldırdı - FOTO

  • Müəllif: admin
  • 28 İyul 2017 12:52

iranli-spiker-bira-icerken-yakalandi-tum-ulke-9876989_3023_o

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İran dövlət televiziyalarının birində aparıcılıq edən Azadə Namdari İsveçrə tətilində pivə içərkən görüntülənib. Aparıcı artıq işdən azad olunub.

Baş örtüyünü çıxararaq alkoqollu içki qəbul edən Namdarinin görüntüləri qısa zaman ərzində sosial şəbəkələrdə yayılaraq tənqid hədəfinə çevrilib.

Aparıcı isə haqqında danışılan sözlərə cavab olaraq ailəsi ilə tətilə getdiyini və qadınların yanında olduğu üçün başını bağlamadığını bildirib.

iranli-spiker-bira-icerken-yakalandi-tum-ulke-9876989_4861_o

Gununsesi.info