Piyadanı öldürüb qaçan sürücü tutuldu

  • Müəllif: admin
  • 16 Mart 2018 12:38

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, martın 15-də saat 9 radələrində Binəqədi rayonunun Azadlıq prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Tahirə Mahmudova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini Anar Əhmədov saxlanılıb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Gununsesi.info