Hökümət 68 deputatın təklifini cavablandırdı

  • By admin
  • 16 Mart 2018 12:32

Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir.

Gununsesi.info-nun məlumatına görə, iclasda çıxış edən spiker Oqtay Əsədov bildirib ki, ötən il dövlət başçısının həyata keçirdiyi siyasət ölkəmizdə makroiqtisadi sabitliyi qorumağa imkan yaradıb:

“Ötən il ölkə iqtisadiyyatı sürətlə inkişaf edib. Azərbaycan əhalisi ötən il təhlükəsiz şəraitdə yaşayıb. Aparıcı beynəlxalq təşkilatlar da ölkəmizin apardığı siyasəti yüksək qiymətləndirir. Davos İqtisadi Forumunun hesabatında ölkəmiz 2 pillə irəliləyib, 35-ci yerə yüksəlib.

Ötən il iqtisadiyyatımızda növbəti uğurlu addım  atılıb. Azəri-Çıraq-Günəşli yatağının istifadə müddəti uzadılıb, Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı da ötən il üçün xarakterik haldır.Büdcədə qeyri neft sektorunun payı artıb”.

O.Əsədov qeyd edib ki, 2017-ci ildə Milli Məclisdə parlamentarilər tərəfindən təkliflər nəzərə alınıb: “Millət vəkillərinin 68 təklifi hesabatda cavablandırılıb”.

Gununsesi.info