“Plunge” caz triosu Bakıda konsert proqramı ilə çıxış edəcək

  • By admin
  • 21 Avqust 2016 13:06

cazz

İsveçrənin “Plunge” caz triosu Bakıda konsert proqramı ilə çıxış edəcək.

Gununsesi.info xəbər verir ki, oktyabrın 23-nə planlaşdırılın konsert Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Bakı Beynəlxalq Caz Musiqi Festivalı çərçivəsində reallaşacaq konsertdə trio öz repertuarından populyar caz musiqisi səsləndirməklə yanaşı, dünya caz musiqisinə də yer ayıracaq.

Oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları qatılacaq.

Gununsesi.info