Polis əməkdaşıFACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ - VİDEO

Polis əməkdaşı

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.
1990-cı il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi 50 CM 264 markalı, “VAZ 2107” markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə nəticəsində A. Məmmədov dünyasını dəyişib.O, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info

COMMENTS