Polis avtomobili Bakıda qəzaya düşdü

  • By admin
  • 04 Sentyabr 2017 12:14

qeza-polis-mashinicar_crash_150113_07

Bakıda polis avtomobili qəzaya düşüb.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Bakıxanov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, Sərdar İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomobil Nəsimi rayon Polis İdarəsinə məxsus, polis nəfəri Xəlil Allahverdiyevin idarə etdiyi “Fiat Doblo” markalı maşınla toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info