QMİ-dən şeyxin susqunluğu ilə bağlı AÇIQLAMA

  • Müəllif: admin
  • 04 Sentyabr 2017 12:20

qmi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) adıçəkilən qurumun sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin Myanmanın Arakan əyalətində buddistlərin müsəlmanlara qarşı törətdikləri vəhşiliklərlə bağlı susqunluğuna aydınlıq gətirib.

Belə ki, QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Gununsesi.info-ya şeyxin sözügedən mövzu ilə əlaqədar sualdan yayınması ilə bağlı açıqlama verib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin bir qayda olaraq telefonla müsahibə vermədiyini deyən QMİ-nin mətbuat xidmətinin rəhbəri bildirib ki, bu səbəbdən də bu, şeyxin jurnalistlərə hörmətsizliyi kimi qiymətləndirilməməlidir. “Şeyx həzrətləri telefonla müsahibə vermir. Neçə illərdir ki, şeyx yalnız yazılı müraciətləri, sualları cavablandırır. Bu səbəbdən də bunu şeyxin jurnalistlərə hörmətsizliyi kimi qiymətləndirməyəsiniz”.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin Myanmanın Arakan əyalətində buddistlərin müsəlmanlara qarşı törətdikləri vəhşiliklərlə bağlı susqunluğunun səbəbini öyrənmək məqsədi ilə Gununsesi.info-nun əməkdaşı QMİ sədri Hacı Allahşükür Paşazadə ilə telefon əlaqəsi saxlasa da, o, bu barədə danışmaq imkanının olmadığını dedikdən sonra telefonun dəstəyini asıb.

Gununsesi.info