
Kafedən oğurluq etmək istəyən şəxsi iş başında yaxalanıb
Gününsəsi.info xəbər verir ki, hadisə gecə saat 5 radələrində baş verib. Ərazidə xidmət aparan mühafizə polisinin əməkdaşları kafenin yanından keçərkən qapının açıq olduğunu görüblər. İçəri daxil olanda isə cavan bir adamın kassa aparatını yerindən qoparmasının şahidi olublar.Saxlanılan Ağdaş rayon sakini Qabil Sadıxov içəri kafenin giriş qapısının qıfılını qıraraq daxil olmasını bildirib. Özünün dediyinə inansaq şəhərdə yerləşən avtoyuma məntəqələrindən birində yuyucu işləyib. Saxlanılan şəxs tutduğu əməlindən peşimançılıq hissi keçirməsini bildirsədə Səbail rayon Miühafizə İdarəsinin əməkdaşları onu 39 cu polis bölməsinə təhvil veriblər. Rayon Polis İdarəsindən faktla bağlı Cinayət işinin başlandığını və araşdhırmaların aparıldığını bildiriblər.

Gününsəsi.info







