Polşa Ukraynaya qırıcılar tədarük edəcək

  • By admin
  • 06 Mart 2022 13:16

Polşa ABŞ-dan F-16 qırıcıları müqabilində Ukraynaya MiQ-29 qırıcıları və Su-25 hücum təyyarələri verə bilər. 

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr vurğulayıb ki, Vladimir Zelenski şənbə günü ABŞ Konqresinin üzvlərinə Ukraynaya hərbi təyyarələrin tədarükünü asanlaşdırmaq xahişi ilə müraciət edib.

“The Wall Street Journal”ın mənbələrinə görə, ABŞ Polşanın Kiyevə müəyyən sayda MiQ-29 və Su-25-lər verməsi, ABŞ-ın isə öz istehsalı olan qırıcıları Varşavaya göndərməsi variantını nəzərdən keçirir. Xəbərdə nə qədər döyüş texnikasının müzakirə oluna biləcəyi göstərilmir.

Qəzet qeyd edir ki, təklif olunan saziş ABŞ və onun NATO-dakı tərəfdaşları arasında müzakirə olunur. “The Wall Street Journal” yazır ki, bu cür avadanlıq mübadiləsi həm Vaşinqton, həm də Varşava rəhbərliyi tərəfindən təsdiqlənməlidir.

Bundan əvvəl Zelenski NATO-dan Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyi xahiş etmişdi.

Gununsesi.info