Polşalı hərbiçi Belarusdan sığınacaq istədi

  • By admin
  • 17 Dekabr 2021 14:00

Polşalı hərbiçi Belarusdan siyasi sığınacaq istəyib.

Gununsesi.info “Belta”ya istinadən xəbər verir ki, Polşa Silahlı Qüvvələrinin hərbçisi, 1996-cı il təvəllüdlü Çeçko Emil dekabrın 16-sı axşam saatlarında Belarus-Polşa sərhədi yaxınlığında saxlanılıb.

Bildirilir ki, hərbçi ölkəsinin miqrant böhranı ilə bağlı həyata keçirdiyi siyasətlə razı olmadığından Belarusdan siyasi sığınacaq istəyib.

Gununsesi.info