Poroşenko prokurorluğa çağırılıb

  • By admin
  • 15 Noyabr 2016 22:40

p

 

Ukrayna prezidenti Pyot Poroşenko Maydan fəallarına qarşı cinayətlərlə bağlı iş üzrə şahid qismində ifadə vermək üçün Baş Prokurorluğa çağırılıb.

APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Baş Prokurorluğu Xüsusi Araşdırmalar Departamentinin rəhbəri Sergey Qorbatyuk bildirib.

“Prezident noyabrın 29-na çağırılıb. Onun ifadə verməsinə dair prinsipial razılıq var, lakin dindirilmə iki dəfə təxirə salınıb. Bu üçüncü dəfədir”, – deyə Qorbatyuk bildirib.

Gununsesi.info