Poroşenkonun tərəfdarları ilə polis arasında qarşıdurma, 2 yaralı

  • By admin
  • 19 Yanvar 2022 17:55

Ukraynanın Kiyev şəhərinin Peçerski Rayon Məhkəməsinin binası yaxınlığında ölkənin keçmiş Prezidenti Petro Poroşenkonun tərəfdarları aksiya keçirib.

Gununsesi.info “TASS”a istinadən xəbər verir ki, aksiya zamanı polis və aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Nəticədə, bir polis və bir aksiya iştirakçısı yaralanıb.

Polisin məlumatına görə, aksiya iştirakçıları məhkəmə binasının yanında dəmir çəlləklərdə ocaq qalamaq istədikdə tərəflər arasında narazılıq yaranıb.

Aksiyada saxlanılanların olub-olmaması barədə hələ məlumat yoxdur.

 

Gununsesi.info