“Porshe” 445 avtomobilini Rusiya bazarından geri çağırır

  • By admin
  • 05 Avqust 2020 17:29

Almaniyanın lüks avtomobil istehsalçısı – “Porshe” şirkəti Rusiya bazarından 445 avtomobilini geri çağırmağa qərar verib. 

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət “Cayenne Turbo” və “Cayenne Turbo S E-Hybrid” modellərindən gedir.

Nəqliyyat vasitələrinin geri çağırılmasına səbəb onların yanacaq təchizatı xətlərindəki nöqsanlardır. İndiyə qədər bu avtomobilləri almış şəxslərə isə təmir işləri pulsuz yerinə yetiriləcək.

 

 

Gununsesi.info