Portuqaliyada fişəng fabrikində partlayış: ÖLƏNLƏR VAR

  • Müəllif: admin
  • 05 Aprel 2017 13:40

unnamed (7)

Portuqaliyada hava fişəng fabriklərin birində partlayış baş verib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Portuqaliyanın Lamequ şəhərinin Avoes kəndində ailəvi hava fişəngi fabrikində meydana gələn partlayışda 4 nəfər ölüb, 3 nəfər isə itkin düşüb.

Hazırda hadisə yerində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, partlayış nəticəsində həlak olanların hamısı bir ailənin üzvüləri olub.

Anar
Gununsesi.info