Premyer Liqada 35-ci tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında 35-ci tura yekun vurulacaq. Gununsesi.info xəbər verir ki, sonuncu oyun günündə dörd qarşılaşma baş tutacaq.

“Turan Tovuz” “Səbail”i, “Şamaxı” “Qəbələ”ni, “Sabah” “Zirə”ni, “Qarabağ” isə “Sumqayıt”ı qəbul edəcək.

Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” “Neftçi”yə 1:3 hesabıyla uduzub.

Azərbaycan Premyer Liqası
35-ci tur
22 may

“Turan Tovuz” – “Səbail”
Tovuz şəhər stadionu, 16:30

“Şamaxı” – “Qəbələ”
Şamaxı şəhər stadionu, 16:30

“Sabah” – “Zirə”
“Bank Respublika Arena”, 16:30

“Qarabağ” – “Sumqayıt”
“Azersun Arena”, 16:30