Prezident Administrasiyasında yeni hərbi şöbə yaradıldı

  • By admin
  • 24 Noyabr 2022 19:18

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.

Gununsesi.info xəbər verir ki, yeni şöbə Hərbi-texniki təminat məsələləri şöbəsi adlanır.

Şöbə müdiri vəzifəsinə Andrey Vladimiroviç Sipilin təyin edilib.

Qeyd edək ki, bu, Prezident Administrasiyasında yaradılan ikinci hərbi şöbə olacaq. Bundan əvvəl Prezident Administrasiyasında Hərbi məsələlər şöbəsi yaradılmışdı ki, həmin şöbəyə general Məhərrəm Əliyev rəhbərlik edir.

Gununsesi.info