Prezident bayram günlərində idmanla məşğul olacaq

  • Müəllif: admin
  • 28 Dekabr 2016 16:42
novmqodm
Prezidentin  Yeni ildə bayram süfrəsində isə sadə  yemək menyusu olacaq.
Gununsesi.info  “rian.ru”-ya istinadən xəbər verir  ki,  bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə Vladimir Putinin bayram günlərindəki  proqramı haqqında danışarkən deyib.
Onun sözlərinə görə,  bayram süfrəsində prezidentin süfrəsində  elə də zəngin olmayacaq, sadə və daha sağlam qidalra üstünlük verəcək: “Ancaq  konkret olaraq nə olacaq, deyə bilmərəm. Bu, onun şəxsi  işidir və bizim ona müdaxiləmiz yersizdir”.
 Peskov onu da əlavə edib ki, dövlət başçısının ümumiyyətlə, tam istirahət günü olmur: “Yeni il ərəfəsindəki tətilində də Putin hökumıtin nümayəndələri ilə əlaqə saxlayacaq və operativ məlumatlar alacaq. O gündəlik güc strukturları və xüsusi xidmət orqanlarının məruzələrini dinləyəcək”.
Sərbəst zamanlarında isə Putin sevimli idman növləri ilə məşğul olacaq. “Bildiyiniz kimi o xokkey oynayır, üzgüçülüklə məşğul olur. Hansı ki, vaxt olan kimi bu idman növləri ilə gündəlik də məşğul olur”- deyə, D. Peskov bildirib.
Gununsesi.info