Prezident bu şəxsləri TƏLTİF ETDİ - SİYAHI

  • Müəllif: admin
  • 30 Noyabr 2017 18:20

Prezident İlham Əliyev Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin əməkdaşlarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info-nun xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycanda muzey eksponatlarının qorunması, bərpası və konservasiyasında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilsin:

Əliyeva Bəstixanım İsgəndər qızı

Əliyeva Ruhəngiz Ağabala qızı

Quliyeva Sima Əhməd qızı

Sadıxova Nairə Hafiz qızı

Tağıyeva Xatirə Sətdar qızı.

Gununsesi.info