Prezident itkin düşən alpinistlərlə bağlı tapşırıq verdi

  • By admin
  • 18 Yanvar 2018 14:42
Azərbaycanın Baş Nazirinin müavini Abid Şərifov dekabrın 23-də Tufandağ ətrafına səfər edən zaman itkin düşən 3 nəfər azərbaycanlı alpinistin axtarış işləri ilə bağlı vəziyyəti qiymətləndirib.
Gununsesi.info bildirir ki, A.Şərifov “ölke.az”-a müsahibəsində itkiş düşmüş alpinistlərin tapılması ilə bağlı ölkə başçısı tərəfindən müvafiq tapşırıqlar verildiyini deyib:
“Alpinistlərin tapılması üçün xarici ölkələrdən, o cümlədən qardaş Türkiyədən mütəxəssislər gətirilib, axtarış işlərinə helikopterlər cəlb olunub və sairə. Bütün bunlar böyük xərc tələb etsə də, dövlətimiz bu məsələni diqqətdə saxlayır. Həm cənab Prezident, həm də hökumətimiz çalışır ki, itən alpinistlər tezliklə tapılsın. Hər kəs də bunu istəyir. Şübhəsiz ki, bu məsələ bilavasitə cənab Prezidentin nəzarətindədir. Cənab Prezidentin göstərişi və razılığı olmadan, Fövqəladə Hallar Nazirliyi xaricdən özbaşına mütəxəssis dəvət etməz. Ona görə də bütün müvafiq qurumlar alpinistlərin tapılması üçün gecə-gündüz çalışırlar”.
Gununsesi.info