Ankaradan Moskvaya kritik səfər - SURİYADAKI SON DURUM MÜZAKİRƏ OLUNACAQ

  • By admin
  • 18 Yanvar 2018 14:36

Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hülusi Akar və təhlükəsizlik naziri Hakan Fidan Moskvaya səfər edib.

Gununsesi.info “haberler”ə istinadən xəbər verir ki, Hülusi Akar Moskvada rusiyalı həmkarı, Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi Gerasimovla görüşəcək.

Görüşdə Suriyada yaranmış son durum, bölgənin təhlükəsizlik məsələləri, Astana, Cenevrə və Soçi danışıqları müzakirə olunacaq.

Gununsesi.info