Türkiyə böyük bir təxribatla üz-üzə - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 18 Yanvar 2018 14:30

Dekabrın son günlərindən başlayaraq Suriyada sular yenidən bulanmağa başladı. Belə ki, Türkiyənin nəzarət etdiyi İdlib ərazisində Rusiyanın Suriyadakı Hmeymim hərbi avibazasına bir neçə gün ardıcıl hücumlar təşkil edildi. Bunun ardınca isə Bəşər Əsədin qoşunları tərəfindən Türkiyənin nəzarətində olan İdlib və Minbiş ərazilərinə təxribat xarakterli hücumlar təşkil edildi.

Nəticədə Moskva, Ankara və Tehran arasındakı münasibətlərdə keçici bir gərginlik yaşandı. Bu gərginliyin nəticəsi olaraq Ankara Rusiya və İranın səfirlikləri Türkiyə XİN-ə dəvət edildi və yaranmış durum izah edildi. Lakin ilk anda tərəflər Ankaranın bu açıqlamalarını yetərli hesab etmədilər. Yaranmış  gərginliyə aradan ancaq Putinlə Ərdoğan arasında reallaşan telefon danışığından sonra aydınlıq gətirildi. Putin bu təxribatın hansı qüvvələr tərəfindən və hansı məqsədlər üçün atıldığına aydınlıq gətirməsi ilə  gərginlik azalmağa başladı.

Əslində hədəf Türkiyə idi. Təxribatçı qüvvələrin bu niyyətlərinin arxasında Suriyada Türkiyənin nəzarət etdiyi bölgədən Rusiyanın bu ölkədəki hərbi bazasına hücumlar təşkil etməklə Ankara-Moskva-Tehran arasıdna yaranan ittifaqı parçalamaq və Türkiyəni təkləməklə, nənki bu ölkədən sıxışdırıb çıxarmaq, eyni zamanda daha məkrli planları dayanır.

Bu oyunlar alınmadıqda isə Türkiyəyə qarşı növbəti təxribatçı bir hərəkət başlandı. Bu dəfə Türkiyəyə qarşı terrorçu PKK- PYD/YPG kartından istifadə olundu.

ABŞ Suriyanın Afrin bölgəsində terrorçu PYD/YPG güclərini silah-sursatla təmin etməsi Ankaranın ciddi etirazına səbəb oldu. Ankara ABŞ-i terrorçuları silahlandırmaqda ittiham etməklə, Türkiyənin təhlükəsizliyinin hədəfə alındığını bəyan etdi. Odur ki, Ankara bütün diplomatik təzyiq vasitələrində istifadə edib Vaşinqtonu bu təxribatçı hərəkətindən geri çəkilməsinə  çalışır. Bu istiqamətdə qətiyyətli mövqe sərgiləyən Ankara Vaşinqtonu bu təxribatçı hərəkətinə son verməyəcəyi və terrorçulara dəstəyini davam etdirəcəyi təqdirdə Afrində antiterror əməliyyatlarını başalayacağını bəyan edib və buna hazır olduğunu bəyan edib. Bu məqsədlə Ankara öz hərbi texnikasını və canlı qüvvəsini Afrinlə sərhəddə toplayaraq hazır vəziyyətə gətirib. Ankara hər an Afrində hərbi əməliyyatlara başalamaa hazır olsa da, hələlik diplomatik təzyiq vasitələrindən istifadə üstünlük  verir.

Düzdür, son iki gündə Vaşinqtonun mövqeyində azacıq da olsa  müəyyən dəyişiklik hiss olunmaqdadır. Hətta Pentaqon yaranmış vəziyyətlə bağlı rəsmi açıqlama yayaraq, Türkiyənin yaranmış durumla bağlı təhlükəsizliyinə yaranan narahatçılığını anladığını  dilə gətirib.

Bununla belə Ağ Ev digər bir açıqlamasında Ankaranın Afrində antiterror başlayacağı təqdirdə  bu əməliyyatlara  etiraz etməyərək maneçilik yaratmayacağını bəyan edib. Lakin Ankara bunun bir tələ olduğunu anlayır. Türkiyə anlayır ki, bununla Ankaranı böyük bir təxribata sürəkləyirlər. Çünki Türkiyə Afrində antiterror əməliyyatlarına başlayacağı təqdirdə müttəfiqlərinin hansı mövqe sərgiləcəyinə və daha yeni-yeni “sürpriz” təxribatlara cəlb ediləcəyini istisna etmir. O baxımdan da Ankaranın səbrləri tarıma çəkilsə də, hələ də gözləməyə üstünlük verir. Və bu ən düzgün mövqedir.

Ankara antiterror əməliyyatlarına başlamamasının digər səbəbləri də var. Bu da ondan ibarətdir ki, Ankara Suriya məsələsində müttəfiqlik etdiyi Moskvanın da hansı mövqe sərgiləyəcəyinə ümid etmir. Çünki Moskva Ankaranı Afrində antiterror əməliyyatlarına başlaması ilə bağlı konkret mövqe ortaya qoymayıb. Bu məslədə Tehran da gözləmə mövqeyindədir. Hətta Türkiyənin Böyük Birlik Partiyasının lideri Mustafa Desteci Rusiyanın Afrin məsələsində ortaya konkret mövqe sərgiləməyə çağırıb.

Əslində Moskva Türkiyənin təxribata sövq edilərək uzun müddət müttəfiqi olduğu ABŞ və digər NATO ölkələri  qarşıdumanın daha da kəskinləşməsində maraqlıdır. ya Türkiyənin zəifləməsi Rusiyanın marqlarına cavab verir. Moskva hesab edir ki, Türkiyənin ABŞ və digər NATO ölkələri arasında konfrantasiya dərinləşərsə, bu ölkə zəifləyəcək. Türkiyə zəifləməklə yanaşı, bu təzyiqlərdən  qurtulmaq və  əks müqavimət gücünü təşkil etmək üçün daha çox  Rusiyaya meyllənəcək. Çünki Rusiyaya güclü Türkiyə deyil, daha zəif Türkiyə lazımdır.  Kreml strateqlərinin fikrincə,  Türkiyə nə qədər zəif olarsa Rusiya bu ölkəyə qarşı daha rahat formada şərtlərini qəbul etdirmək imkanına malik olacaq. Ankara da Kremlin bu niyyətlərindən xəbərdar olduğundan Afrin məsələsində qətiyyətli mövqe sərgilədiyi imi ehtiyatını da əldən vermir.

Ankaranın Vaşinqton arasında gərginlyin yaranması Türkiyəni istəməyən bölgə dövlətlərinin, xüsusən də Bəşər Əsəd rejiminin, Səudiyyə Ərəbistanı, İsrailin, bəzi Avropa ölkələrinin, eyni zamanda Tehranın da maraqlarına cavab verir. AntiTürkiyə qüvvələr Ankaranın Yaxın Şərqdə və Suruyadakı rolundan narahatçılıq keçirdiyindən, rolunun azalması və bölgədəki mövqelərinin zəifləməsində və geri çəkilməsində maraqlı olduqlarından ABŞ-la təxribata cəlb olunmasında maraqlıdırlar.

Burada digər bir məqamı da qeyd etmək lazımdır ki, ermənilər də Türkiyə ilə Rusiya, İran, ABŞ, Səudiyyə Ərəbistanı və digər ölkələrlə münasibətlərinin korlanmasında da əllədirndən gələni edirlər. Elə bi günlərdə erməni politoloq Sergey Şakaryanç erməni mediasına açıqlamasında deyib ki, Suriyada  yenidən elan olunmamış müharibə başalyıb və Rusiya ilə İran Türkiyənin bu bölgədən çıxarılmasına çalışır: “Rusiya və İran məqsədyönlü  şəkildə Türkiyənin Suriyadan çıxarılmasına çalışır”.

S.Şakaryanç onu da əlavə edib ki, Ermənistan və erməni lobbisi Türkiyənin bu bölgədən çıxarılmasında  Noskva, tehran və digər ölkələrə öz xidmətini əsirgəməməlidir.

Odur ki, ankara diqqətli olmalı və atdıqları hər addımı və qərarların  nə ilə nəticələnəcəyini düzgün hesablamalıdır.

Mürtəza Bünyadlı

Gununsesi.info