Prezident olmaq istəyən 13 nəfər sənədlərini MSK-ya təqdim edib

  • Müəllif: admin
  • 15 Fevral 2018 13:24

“Bu günə qədər prezident seçkilərdə namizədliyi irəli sürülmüş 13 nəfərin sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edilib”.

Gununsesi.info-nun məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

M. Pənahov bildirib ki, MSK indiyə qədər 5 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib.

Gununsesi.info