
Jurnalistin ölümündə təqsirli bilinənlər cəzalandırılmalıdır. Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Pyotr Poroşenko öz facebook səhifəsində yazın. “Kiyevdə baş verrən hadisə dəhşətdir. Bu şok hadisədir- bunun başqa adı yoxdur. Paveli şəxsən tanıyırdım”.
Prezident öz facebook səhifəsində hadisənin təcili araşdıdrılıb cinayətkarların tapılması ilə əlaqədar olaraq hüquq-mühafizə orqanlarına tapşırıq verdiyini də bildirib.
Ukryananın baş prokuroru Yuriy Luçenko jurnalistin partlayıcı maddənin partlaması nəticəsində öldüyünü deyib. Baş prokuror da jurnalistn ölümün düşünülmüş qətl hadisəsi sayır.
Prokuror nazar Xolodniçkiy isə deyib ki, jurnalistin ölümü azad sözə qarşı qəsddir : “Bu birmənalı olaraq Ukryanada azad sözə qarşı qəsd cəhdidir ki, bununla digərlərini qorxudaraq həqiqəti yazmaqdan yayındırsınlar”. Jurnalist Pavel Şeremetin öldürüldüyü ərazidə videosu görüntülənib. Videonu da sizə təqdim edirik.













