
Onlar əla fiziki görünüşlərinə xələl gəlmədən, sağlam ağılla 120-150 il yaşayırlar. Bu uzunömürlülüyün sirri əhalinin yaşam tərzindədir. Pakistanın şimalında, Hindistan və Çin sərhəddinə yaxın Xunza çayının sahilində yaşayan kiçik qəbilə üzvləri uzunömürlülükləriylə diqqət çəkiblər. Belə ki, bu qəbilənin əhalisi planetin digər sakinlərindən fəqli olaraq, 2 dəfə artıqömür sürürlər. Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, qəbilə üzvləri ət yemir, həmişə hərəkətdədir, hərəkətlilik ritmini dəyişmirlər. Xunza sakinlərinin yay rasionuna təzə-tər meyvə-tərəvəz, qış rasionuna isə ərik, əncir qurusu və digər qurudulmuş meyvələr, taxıl və qoyun pendiri daxildir. Xunzalılar yazı “aclıq” ayları adlandırırlar, çünki bu aylarda bütün ehtiyat tükənir. Yaz aylarında xunzalılar ac qalır, güclərini gün ərzində yalnız bir dəfə ərikdən hazırlanmış şərbət içməklə qoruyub saxlayırlar.
Əti isə ildə 1-2 dəfə böyük bayramlarda yeyirlər. Bu ət yeməkləri nə donuz əti, nə də mal əti deyil. Onlar quş ətiylə kifayətlənirlər. Xunzalıların heç xəstələnmədiklərini də demək olmaz. Bu adətən, yaz aylarında baş verir. Vadi sakinləri günlərinin çoxunu təmiz havada keçirir, 100-200 km-lik “gəzinti”yə çıxır, su prosedurası zamanı dağlılar hətta 15 dərəcə şaxtada da suyu qızdırmırlar. Bu cür həyat şəraiti “gənclik vahəsi”nin sakinlərinə xəstələnməməyə və bir əsrdən artıq yaşamağa imkan verir. Deyilənə görə, hətta 40 yaşlı xunzalı qadın gənc qız kimi görünür, 60 yaşlı qadınların bədən forması əvvəlki kimi zərif qalır, 65 yaşlı qadınlar dünyaya uşaq gətirirlər.
Gülnaz Qənbərli











