Prezident qadını öpdü, ölkə qarışdı: İstefa verəcəyəm...

  • Müəllif: admin
  • 06 İyun 2018 19:23


Filippin Prezidenti Rodriqo Duterte Cənubi Koreyada təşkil olunan tədbirdə kütləyə xitab edərkən səhnəyə çağırdığı filippinli qadınlardan birini öpüb.

Gununsesi.info xəbər verir ki, prezidentin bu hərəkəti ölkədə rezonans doğurub.

Duterte qadını öpərkən heç bir pis niyyətinin olmadığını bildirib.

“Bu, sadəcə, əyləncə üçün idi. Öpdüyüm insan deyil, başqaları şikayət edir. Pis niyyətim olsa, bunu ictimai yerdə etməzdim. Bunu edərkən oradakı hər kəs əylənirdi. Sadəcə, adi bir öpüş idi”, – Duterte vurğulayıb.

Etirazlara məhəl qoymayan Dutertenin digər bir açıqlaması isə ölkənin qadın hüquqlarını qorumaqla məşğul olan təşkilatlarını ayağa qaldırıb:

“Əgər bütün qadınlar etiraz üçün imza toplasalar, istefa verəcəyəm”, – Duterte qeyd edib.

Gununsesi.info