“Prezident seçkiləri yaxınlaşdıqca belə uydurmaların sayı da artacaq” - MİLLƏT VƏKİLİ

  • By admin
  • 06 Sentyabr 2017 14:00
musa
“Qərb mediasında gedən cızma-qaraların əsası yoxdur, Azərbaycan əleyhinə olan mərkəzlərin uydurmaları əsasında hazırlanıb, sifarişli və qərəzlidir”. 
Bu fikri Gununsesi. info-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib. 
Onun sözlərinə görə, belə cızma-qaralar “istehsal” edən mərkəzlərə Azərbaycanın güclü dövlət olması, sabitlik və inkişaf sərf etmir.
“Prezident seçkiləri yaxınlaşdıqca belə uydurmaların sayı da artacaq. Heç kəsə sirr deyil ki, həmin mərkəzlərdə çalışan ermənilər bu işlərin əsas müəllifləridir. Ancaq onlar indiyədək məqsədlərinə çatmayıblar, indi də ona nail ola bilməyəcəklər”– deyə, millət vəkili  bildirib.
Mürtəza 
Gununsesi.info