Prezident və baş nazir ağladı -VİDEO

  • By admin
  • 30 İyul 2016 09:26

bas nazir

Türkiyədə çevrilişə cəhd hadisəsinin qurbanları anılıb. Gununsesi.info-nun türk mediasına istinadən verdiyi xəbərə görə, törəndə prezident Rəcəb tayyib Ərdogan və baş nazir Binəli Yıldırım iştirak edib. Tədbir zamanı Ərdoğan və Binəli Yıldırım olmaqla bütün mərasim iştirakçıları kədərlənib, onlar göz yaşlarına hakim ola bilməyiblər.

Qeyd edək ki, 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. hadisələrə görə, minlərlə hərbçi həbs edilib.

https://www.youtube.com/watch?v=iZwQQbCtZSQ