Prezident Xoşbəxt Yusifzadəni “Əmək” ordeni ilə təltif etdi - FOTOLAR

  • By admin
  • 08 Noyabr 2017 12:57

Azərbaycan prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Xoşbəxt Yusifzadə birinci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Bu barədə Gununsesi.info dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Prezident Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasim gedişatı zamanı ordeni Xoşbəxt Yusifzadəyə təqdim edib.

Gununsesi.info