Gununsesi.info xəbər verir ki, dövlət başçısı əvvəlcə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilən ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verib. Bildirilib ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir.

Sonra Azərbaycan Prezidenti Aran Regional İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub.

Gununsesi.info