
11:13
Voleybolçu qadınlar arasında Avropa çempionatında qrup mərhələsinə bu gün Milli Gimnastika Arenasında keçiriləcək 3 oyunla yekun vurulacaq.
Report-un məlumatına görə, A qrupunda yer alan Azərbaycan millisi Almaniyanı sınağa çəkəcək. İlk 2 turu qələbə ilə başa vuran Faiq Qarayevin baş məşqçi olduğu kollektiv hətta minimal fərqlə uduzsa belə, qrup lideri kimi 1/4 finala yüksələcək. Amma Macarıstan və Polşaya heç bir şans verməyən Azərbaycan millisinin qrupdakı son oyununu məğlub başa vuracağı inandırıcı görünmür.
C qrupunda isə 2 oyun olacaq. Əvvəlcə Rusiya və Bolqarıstan milliləri üz-üzə gələcək. Rusiya qalib gəlsə, qrup lideri kimi birbaşa 1/4 final mərhələsinə yüksələcək. Bu qrupun digər oyununda ilk iki turu məğlubiyyətlə başa vurmuş Türkiyə və Ukrayna yığmaları qarşılaşacaq. Rusiya və Bolqarıstana minimal fərqlə uduzduğu üçün Ukraynanın 2 xalı var. Türkiyə isə cəmi 1 xala malikdir. “Ay-ulduzlular” qrup 3-cüsü kimi “pley-off”a çıxmaq üçün mütləq qalib gəlməlidirlər.
Avropa çempionatı
A qrupu
18:00. Almaniya – Azərbaycan
Hakimlər: Stefan Takaişvili (Gürcüstan), Vladimir Oleynik (Rusiya)
Xal durumu: Azərbaycan – 6, Polşa – 5, Almaniya – 4, Macarıstan – 0.
C qrupu
15:30. Rusiya – Bolqarıstan
20:30. Türkiyə – Ukrayna
Xal durumu: Rusiya – 5, Bolqarıstan – 4, Ukrayna – 2, Türkiyə – 1.
Qeyd edək ki, digər 2 qrupda mübarizəyə yekun vurulub. İtaliya B qrupunun, Serbiya D qrupunun lideri kimi 1/4 finala yüksəlib. Onların rəqibləri “pley-off” mərhələsinin Belarus – Çexiya və Hollandiya – Xorvatiya görüşlərinin qalibləri olacaq.
18:59
Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində “A” qrupunda Azərbaycan-Almaniya görüşünə start verilib.
Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli komandamızın oyununa baxır.
Bu oyunun nəticəsində “A” qrupundan dörddəbir finala birbaşa yüksələn komanda müəyyənləşəcək.
Hazırda Azərbaycan milli komandası 6 xalla qrupda birinci sıradadır. Almaniya yığması isə 4 xalla üçüncü sıradadır.
19:47
Gərgin idman mübarizəsi şəraitində keçən birinci setdə Almaniya millisi 25:19 hesabı ilə qalib gəlib.
Axar.az xəbər verir ki, ikinci setdə təşəbbüsü ələ alan Azərbaycan voleybolçuları qələbə qazanaraq (25:19) ümumi hesabı bərabərləşdiriblər – 1:1.
Gununsesi.info









