Prezidentdən banklara sərt XƏBƏRDARLIQ

  • By admin
  • 25 Noyabr 2016 10:00

erdogan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan banklara sərt xəbərdarlıq.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan banklara faizlərin aşağı salınması barədə sərt xəbərdarlıq edib:
“2001-ci il krizisində faizlərin yüzdə 7,5-ə qalxdığını xatırlayın. Bu gün belə bir vəziyyətdə deyilik. Millətimin haqqının, hüququnun yüksək bank faizləri ilə məhv olmasına icazə vermərəm. Banklara səslənirəm, faizləri aşağı endirin. Bizə yatırım, istehsal, daha sonra rəqabət lazımdır. Yatırım olması üçün istehsalçılar imkanlardan istifadə etməlidirlər. Banklar isə onlara lazımi dəstəyi vermir, yüksək faiz təqdim edir. İstehsalçı da bunu qəbul etmir. Siyasətdən iqtisadiyyata müdaxiləni düzgün hesab etmirəm. Amma iqtisadiyyat da inkişaf etməlidir. Türkiyə böyük ölkədir. Beynəlxalq aləmdə maliyyə problemləri yaşamağımızı istəyirlər. Bu  çətinlikləri almalıyıq”.

Nigar Cəfərli

Gununsesi.info