Prezidentdən Çingiz Qənizadə ilə bağlı – Qərar

  • Müəllif: admin
  • 31 İyul 2017 20:00

ilham
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Çingiz Qənizadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Gununsesi.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Çingiz Aşralı oğlu Qənizadə “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Qənizadə Çingiz Aşralı oğlu 1957-ci ildə dünyaya gəlib. Çingiz Qənizadə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə 80 saylı İmişli – Beyləqan seçki dairəsindən millət vəkili seçilib.

Gununsesi.info