
Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” 2008-ci il 9 iyul tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.
Gununsesi.info-nun məlumatına görə, “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda “İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin “Yeddinci təsnifat” bəndinə “Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib:
| Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda: | |
| rəhbər | 365 |
| rəhbərin müavini | 345 |
| sektor müdiri, baş mühasib | 315 |
| baş məsləhətçi | 290 |
| böyük məsləhətçi | 285 |
| aparıcı məsləhətçi | 280 |
| məsləhətçi | 275 |
Gununsesi.info












