Prezidentdən Mərkəzi Banka sərt reaksiya - "ARXAMDAN İŞ ÇEVİRİRLƏR"

  • Müəllif: admin
  • 05 Aprel 2018 11:14

“Biz faiz dərəcələrinin aşağı salınması barədə razılığa gəldik, ancaq Mərkəzi Bank bunun əksini edərək faiz dərəcələrini qaldırdı. Bu necə ola bilər. Belə iş olarmı? Bu böyük tərbiyəsizlikdir”.

Gununsesi.info  “hurriyet”-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Mərkəzi İdarə Heyətinin toplantısında deyib. O bildirib ki, biz xarici ölkəyə səfər etməzdən öncə fazilərin aşağı endirilməsi barədə razılığa gəldik: “Həmin müzakirələrdə Nurettin Canıklı və Nihat Zeybek də iştirak edirdi. Mən xaricdə olarkən Mərkəzi Bank fazi dərəcələrini artırdı. Guya Mərkəzi Bank müstəqil imiş. İndi də onların qəbul ediyi qərarın  acısını dövlət ödəyir. Onlar mənim  arxamdan iş çevirdilər. Ona görə də deyirəm ki, iqtisadi məsələlərlə bağlı bəzi dostlarımızın açıqlamaları çox yanlışdır”.

Ərdoğan Mərkəzi Bankın bu hərəkətini böyük bir tərbiyəsizlik adlandırıb: “Mən davamlı olaraq fazilərin aşağı  endirilməsindən danışıram və iclaslarda  bunu qəbul edib razı olurlar, lakin öz bildiklərini edirlər. Faizləri istədikləri kimi müəyyən edirlər. Belə hörmətsizlikmi olar?”.

 Gununsesi.info