Lombard sahibi olan qadın məhkəmə zalında həbs edildi - 200 NƏFƏRİ ALDADIB

  • By admin
  • 05 Aprel 2018 11:13

Bakının Xətai rayonunda yerləşən lombarda qızıl-zinət əşyalarını girov qoyub pul götürən adamlar həmin əşyalarını geri ala bilmirlər. Onların şikayətinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan isə lombarda rəhbərlik etmiş Dürrə İsmayılovadır.

Gununsesi.info xəbər verir ki, aprelin 5-də D.İsmayılovaya hökm oxunub. 43 yaşlı qadın  il azadlıqdan məhrum edilib.

D.İsmayılova ümumilikdə təxminən 200 minlik qızıl-brilyantı ələ keçirməkdə günahlandırılır. Ona CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib.

Bu cinayət işi lombardın müştərilərinin şikayəti əsasında başlanıb. Ardınca da D.İsmayılova axtarışa verilib. Lombard sahibi tutulsa da, sonradan buraxılıb. İstintaq və məhkəmə dövrü üçün onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Ona görə də məhkəməsinə evindən gedib-gəlirdi. Bu gün hökmdən sonra məhkəmə zalında həbs edilib.

D.İsmayılova zərərçəkmişlərin qızıllarını Rəşad adlı adamda olduğunu deyir. Onun sözlərinə görə, həmin Rəşad lombardın əvvəlki sahibidir. O, lombardı Rəşaddan icarə əsasında alıb işlədib. Təqsirləndirilən şəxs bildirir ki, zərərçəkmişlərin əksəriyyəti qızıllarını lombardı Rəşad işlətdiyi dövrdə girov qoyublar. Həmin qızılları da Rəşad ona verməyib: “Mən Rəşada verilən qızıllara görə məsuliyyət daşımıram”.

Zərərçəkmişlər isə D.İsmayılovanın söylədikləri ilə razılaşmırlar. Deyirlər ki, düzdür, qızılları Rəşadın dövründə girov qoyublar, amma D.İsmayılova işlətdiyi vaxtda da aylarla ona faiz ödəyiblər.

Gülər

Gununsesi.info