Prezidentin 3 medal verdiyi qazinin evi - FOTOLAR

  • By admin
  • 26 İyul 2022 14:40

“Vətən Müharibəsi Qazisi Məlik Nəhmət oğlu Məlikovun yaşadığı daxmadır bura. Daxma Astara rayon Səlivə kəndindədir. İşdi-şayət, birdən Astara icra hakimiyyəti, deputatlar getsə
rahat tapsınlar deyə yazdım”.

Gununsesi.info-nun xəbərinə görə, bunu tanınmış jurnalist Ləman Ələşrəfqızı sosial şəbəkədə paylaşıb.

Qazimizin yaşadığı daxmanın fotolarını qeydlərinə əlavə edən  jurnalist daha sonra yazır:

Məlik Məlikov Prezident döyüş şüsaətlərinə görə 3 medalla təltif edilib. Amma medalla qarın doymur. Bu adama ev verin, iş verin, qayğısını çəkin.

Afət Abbasova

Gununsesi.info