Prezidentin atı Ginnesin rekordlar kitabına düşdü

  • Müəllif: admin
  • 01 İyul 2018 09:02

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədova məxsus Axaltəkin atı arxa ayaqları ilə 10 metrlik məsafəni 4,19 saniyədə keçməyə müvəffəq olub.

Gununsesi.info-nun СА-news-a istinadla verdiyi xəbərə görə, bu da Ginnesin rekordlar kitabına düşməsinə səbəb olub.

Bu göstərici elə həmin atın 2016-cı ildəki göstəricisindən iki dəfə yüksəkdir.

Daha əvvəl Ginnesin rekordlar kitabına Türkmənistanın digər nailiyyətlərinin salınması irəli sürülüb: Olimpiya stadionundan nəhəng at başının heykəli, su idman növləri mərkəzi, dünyada ən böyük ulduz olan tele-mərkəz, dünyanın ən böyük türkmən ornamenti olan yeni aeroport və s.