Yevlaxda yük maşını mikroavtobusla toqquşub - 3 ÖLÜ, 9 YARALI (VİDEO)

  • By admin
  • 01 İyul 2018 09:05

Yevlaxda yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində ölən və yaralananların adları məlum olub.

“Report”un Qərb bürosu xəbər verir ki, ilkin ehtimala görə, qəzaya yük maşının təkərinin partlaması səbəb olub.

Ölənlər :

Abdullayev Emin Vasif oğlu (2006), Şəmkir

Musayeva Samirə Fəxrəddin qızı (1980), Şəmkir

Ələsgərova Ziyafət Nəsrəddin qızı (1973), Tovuz

Ağır yaralılar:

Musayev Nəcməddin Nofəl oğlu (2001), Şəmkir

Tamarov Mətləb Arzu oğlu (1993), Qazax

Əliyev Əliyar İlyas oğlu (1961), Şəmkir

Əliyev Cavidan Əliyar oğlu (2001), Şəmkir

Vəziyyətləri qənaətbəxş olduğu bildirilən yaralılar:

Əhmədova Səfa Vidadi qızı (1974), Şəmkir

İmanova Tamilə Nəsir qızı (1959), Tovuz

Tağıyeva Adilə Nəsir qızı (1966), Tovuz

Həsənova Xalidə Namiq qızı (2006), Tovuz

Ələsgərova Cəmilə Nəsir qızı (1961), Tovuz

****

Bakı-Qazax avtomobil yolunun Yevlax ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində biri uşaq olmaqla 3 nəfər ölüb.

Qəza zamanı daha 7 nəfər ağır vəziyyətdə Yevlax Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə ilə əlaqədar araşdırma aparılır.

https://www.youtube.com/watch?v=l6Tpgu4M-0A