Prezidentin qətli barədə qərar ABŞ-da verilibmiş

  • By admin
  • 23 İyul 2021 13:00

Haiti prezideti Jovenel Moizin öldürülməsi ilə bağlı araşdırmalar davam edir.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, cinayəti törədən şəxslərdən 6-sı Kolumbiya ordusunda xidmət keçən zaman ABŞ-da təlim görüb.

Kolumbiya polisinin məlumatına görə, prezidentin öldürülməsi barədə əmri Ədliyyə Nazirliyinin məmuru Jozef Feliks Badio verib. Cinayət planı ABŞ-ın Mayami şəhərində verilibmiş. CTU Security Servis mühafizə şirkəti ilə yanaşı, Ceyms Solaj, Toni İntriaqo və Emmanuel Sanon adlı keçmiş kolumbiyalı hərbçilər  faktla bağlı saxlanılıb.